İranda güclü zəlzələ: Ölən və yaralılar var


09:18     08 Noyabr 2019 2019/11/156744374_1573190449.jpg

İranda dünən gecə 5.9 maqnitudada baş verən zəlzələ nəticəsində 5 nəfər həlak olub, 120-dən çox şəxs yaralanıb.


Femida.az -ın RİA Novosti-yə istinadən xəbərinə görə, ilkin olaraq ölü sayı 4, yaralı sayı 70 nəfər göstərilirdi.

Qeyd edək ki, zəlzələnin episentri Təbrizdən (Şərqi Azərbaycan vilayəti) 156 kilometr cənub-şərqdə yerləşib. Şərqi Azərbaycandakı böhran idarəetmə mərkəzinin rəhbəri Məhəmməd Baker Honar bölgəyə 8 xilasetmə qrupunun göndərildiyini deyib.

Açar sözlər:

Oxunub: 377