Şəhriyar Levon Aronyanla heç-heçə edib


09:33     08 Noyabr 2019 19_11_08_1573191286.jpg

Buxarestdə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun da mübarizə apardığı “Grand Chess Tour 2019” seriya turnirinin rapid yarışında daha 3 partiya oynanılıb.



Femida.az -ın məlumatına görə, şahmatçımız dördüncü turda amerikalı Uesli Soya məğlub olub, beşinci qarşılaşmada ukraynalı Anton Korobov, altıncı matçda isə ermənistanlı Levon Aronyanla heç-heçə edib.

Qeyd edək ki, idmançımız ilk üç turda bütün qarşılaşmalarda “sülh”ə razılaşıb. Altı turun yekununa görə Ş.Məmmədyarov 5 xalla 7-ci pillədə qərarlaşıb.

Açar sözlər:

Oxunub: 456