Diaqnostika Mərkəzində baş verən intiharla bağlı cinayət işi başlanıb


09:36     08 Noyabr 2019 19_11_08_1573191445.jpg

Dünən Respublika Müalicəvi Diaqnostika Mərkəzində baş verən intiharla bağlı cinayət işi başlanılıb.


Femida.az -ın məlumatına görə, 1976-cı il təvəllüdlü İlkin Gülməmmədovun xəstəxananın 5-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Yasamal rayon Prokurorluğunda bağlı Cinayət Məcəlləsinin 125-ci(özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Ekspertizalar təyin olunub.

Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları iştirakı ilə baxış keçirilib.

Qeyd edək ki, dünən Respublika Müalicəvi Diaqnostika Mərkəzində ölüm hadisəsi qeydə alınıb.

Böyrəyindən əməliyyat olunan 1976-cı il təvəllüdlü Gülməmmədov İlkin Şubay oğlu özünü xəstəxanada qaldığı otağın pəncərəsindən atıb. O, aldığı xəsarətlərdən ölüb.

Açar sözlər:

Oxunub: 119


Oxşar xəbərlər