Gömrük komitəsi büdcəyə nə qədər pul köçürüb?
10:10 08 Noyabr 2019
Bu ilin yanvar-oktyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 3 645 326,84 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 22,4% çoxdur.
Femida.az-ın DGK-yə istinadən verdiyi məlumata görə, bu ilin 10 ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 20,5% artaraq 909 323,14 min manat olub.
Həmçinin, cari ilin yanvar-oktyabr ayları ərzində (ötən ilin eyni dövrü ilə müqayisədə) ƏDV üzrə daxilolmalar 21,4% artaraq 2 482 066,95 min manat, aksizlər üzrə 46,5% artaraq 217 321,88 min manat, yol vergisi üzrə daxilolmalar isə 14,2% artaraq 36 614,14 min manat təşkil edib.
Femida.az
Oxunub: 1279
Oxşar xəbərlər
- Gömrükçülər narkotik qaçaqmalçılığı cəhdinin qarşısını alıb
- Gömrükçülər külli miqdarda dərman vasitələri saxlayıb
- Gömrükçülər ölkə ərazisi ilə Ermənistana yük aparan İran vətəndaşını saxlayıb
- Gömrük təmsilçiləri üçün imtahan keçirilib
- Gömrükçülər 218 kiloqram heroin aşkarladılar
- Gömrükdən keçən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları dəyişib
- Gömrükdə böyük narkotik əməliyyatı: 622 kq heroin aşkarlandı
- Gömrük sahəsinə dair birgə komitə yaradıldı
- Gömrük Akademiyası magistratura səviyyəsinə qəbul elan edir
- Gömrük Komitəsindən iddialara cavab: Avtomobillər satılmaq üçün gətirilirmiş