Ad günündə qayçı ilə öldürüldü - Ağcabədidəki qətlin TƏFƏRRÜATI
10:20 08 Noyabr 2019
Ağcabədi rayonunda qətl hadisəsinin təfərrüatı məlum olub.
Hadisə noyabrın 7-də saat 17 radələrində rayonun Kamil Nəsibov küçəsində baş verib.
Belə ki, Ağcabədi rayon sakini, 1988-ci il təvəllüdlü Cavid Quliyev tanışı, 1974-cü il təvəllüdlü Kərim Sultanovun doğum gününü qeyd etmək üçün onun evinə gedib. Evinin həyətində təşkil edilən ziyafət zamanı K.Sultanovla C.Quliyev arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.
Daha sonra K.Sultanov C.Quliyevi ağır formada söyüşlə təhqir edib. C.Quliyev isə ziyafət mərasimindən çıxaraq evlərinə gedib. C.Quliyev yaşadığı evin həyətindən qayçı götürüb, yenidən K.Sultanovun evinə doğru gedib. Bu zaman küçədə o, K.Sultanovla rastlaşıb, əlindəki qayçı ilə onun döş qəfəsinə bir dəfə zərbə endirib.
K.Sultanov yaralı vəziyyətdə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Yaralı xəstəxanada ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. C.Quliyev hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.
Xatırladaq ki, hər iki şəxs evli olub.(Report)
Femida.az
Oxunub: 855
Oxşar xəbərlər
- ADPU-da pedaqoji internatura tətbiq edilir, dövlət imtahanları ləğv olunur
- ADNA-da törədilən terror aktından 12 il ötür
- ADPU-nun 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
- ADPU-nun tələbəsi avtoqəzada dünyasını dəyişib - FOTO
- ADPU-dan həyatına qəsd edən gənclə bağlı AÇIQLAMA
- ADNSU-nun əməkdaşları təltif edildi
- ADU Silahlı Qüvvələrə Yardım Fonduna növbəti dəfə vəsait köçürüb
- Adı icazə portalında çıxmayanlarla bağlı açıqlama
- Adil Qəribov və Arif Məmmədova "Şöhrət" ordeni təqdim edildi - FOTO
- Adı "qara siyahı"da olan şəxsin qohumu ölsə, ona evdən çıxmağa icazə veriləcəkmi?