Daşkəsəndə ana və azyaşlı qızı itkin düşüb


10:29     08 Noyabr 2019 2019/11/ana-itkin-qadin_1573194608.jpg

Daşkəsən rayonunda ana və azyaşlı qızı itkin düşüb.


Femida.az-ın xəbərinə görə, hadisə noyabrın 5-dən 6-na keçən gecə rayonun Nizami küçəsi, ev 3 ünvanında baş verib.

Belə ki, 1978-ci il təvəllüdlü Subra Ellazalıyeva azyaşlı qızı Zeynəbi özü ilə birgə götürərək yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Daha sonra S.Ellazalıyevanın yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 777