Bu gün Bakı Metropoliteni işçilərinin peşə bayramıdır
10:48 08 Noyabr 2019
Bu gün Bakı Metropoliteni işçilərinin peşə bayramıdır.
Femida.az xəbər verir ki, Prezident İlham ƏIiyevin 2006-cı il 28 oktyabr tarixli Sərəncamı ilə hər il noyabr ayının 8-i Bakı Metropoliteni işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Yaranmasının 52-ci ildönümünü qeyd edən Bakı metrosu 1967-ci il noyabrın 6-da 5 stansiya – indiki “İçərişəhər”, “Sahil”, “28 May”, “Gənclik” və “Nəriman Nərimanov” stansiyalarından ibarət 9,2 kilometrlik yeraltı xəttin istifadəyə verilməsi ilə fəaliyyətə başlayıb. Üçü dərinözüllü olan bu stansiyalar arasında müntəzəm hərəkət təmin olunduqdan üç ay sonra, 1968-ci il fevralın 22-də “28 May-Xətai” xətti üzrə ilk qatar hərəkətə başlayıb. Bununla da, “28 May” stansiyası “Nəriman Nərimanov” və “Xətai” stansiyalarına, eləcə də əks istiqamətdə hərəkət edən sərnişinlər üçün keçid stansiyasına çevrilib.
Hazırda üç xətti və 25 stansiyası olan Bakı metrosu gələcəkdə beş xətdən ibarət olacaq. Bakı metropolitenində konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına əsasən, 2030-cu ildə paytaxtımızın yeraltı yollarının ümumi uzunluğu 119,1 kilometr, stansiyalarının sayı isə 76-ya çatacaq.
Femida.az
Oxunub: 739
Oxşar xəbərlər
- Bakı metrosunda 4 azyaşlını dilənçiliyə sövq edən qadın saxlanılıb
- Metroda küt alətlə insanları hədələyən şəxs saxlanılıb
- Bakı metrosunda qatarda nasazlıq yaranıb
- Bakı metrosunda pis qoxu səbəbindən sərnişinlər təxliyə edilib
- Bakı metrosunda sərnişin vəfat edib
- "Bakı Metropoliteni"nin Elektrik Təchizatı Xidmətinin rəisi dəyişib
- Bakı metrosunun iki yeni stansiyasında tikinti işləri gedir
- Bakı metrosu bu il alacağı yeni qatarları avqustda xəttə buraxacaq
- Metronun iş rejimi "Qarabağ"a görə uzadılıb
- "Ulduz" metrostansiyasının yaxınlığında yanğın başlayıb