Enerji içkilərinə spirt qatılması qadağan olunur - RƏSMİ
11:25 08 Noyabr 2019
Yanvarın 1-dən enerji içkilərinin istehsalında hər hansı növ etil spirtinin istifadəsinə yol verilməyəcək. Bu içkilərin tərkibində karbohidratların kütlə payı isə 11%-dən artıq olmayacaq.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən Femida.az-a verilən məlumata görə, AQTA tərəfindən hazırlanan “Enerji içkilərinə dair müvəqqəti sanitariya norma və qaydaları”na görə, enerji içkilərinin etiketlərində "Yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur” sözləri qeyd edilməlidir.
Qeyd edək ki, yanvarın 1-dən “Enerji içkilərinə dair müvəqqəti sanitariya norma və qaydaları”na görə 18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışı qadağan olunacaq.
Femida.az
Oxunub: 725
Oxşar xəbərlər
- Enerji içkisi olmayan suları bu adla satan obyekt sahibləri cəzalandırılıb
- AQTA enerji içkiləri ilə bağlı monitorinqlərin nəticələrini açıqlayıb
- Şolts Rusiyadan enerji tədarükü məsələsindəki səhvləri etiraf edib
- Zəngilanda alternativ enerjinin istehsalı üçün süni göl yaradılır
- ABŞ Azərbaycanın Avropanın enerji təchizatının şaxələndirilməsinə töhfəsini etiraf edir
- Goranboyun kəndlərində elektrik enerjisinin nəqli bərpa olunub
- Azərbaycanda İƏT-in Təmiz Enerji Mərkəzi yaradılacaq
- Azərbaycanla Koreya arasında enerji əməkdaşlığı müzakirə edilib
- Nazir Ermənistanın enerji layihələrinə qoşulmasının şərtini açıqladı
- “Enerji istehsalı sahəsində acınacaqlı vəziyyət yaranıb” - Ekspert