Büdcə daxilolmaları 22%-dən çox artıb


12:05     08 Noyabr 2019 1420399378_pul-manat-cenubnews.jpg

Bu ilin yanvar-oktyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 3 645,627 mln. manat təşkil edib.


DGK-dan Femida.az -a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,4% çoxdur.

Son bir ildə gömrük rüsumları üzrə daxilolmalar 20,5% artaraq 909,323 mln. manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 21,5% artaraq 2 482,068 mln. manat, aksizlər üzrə daxilolmalar 46,55% artaraq 217,323 mln. manat, yol vergisi üzrə daxilolmalar isə 15,1% artaraq 36,913 mln. manat olub.

Açar sözlər:

Oxunub: 474