Azərbaycanda şəxsin anlaqlı olub-olmamasını xüsusi komissiya müəyyən edəcək


12:39     08 Noyabr 2019 milli%20meclis3.jpg

Azərbaycanda şəxsin anlaqlı olub-olmaması ilə bağlı məhkəmə-psixatrik ekspertizanın aparılması üçün ən azı üç məhkəmə ekspertindən ibarət komissiya təşkil ediləcək.


Femida.az -ın xəbərinə görə, bununla bağlı Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik təklif edilir.

Belə ki, Məcəllənin 265-ci maddəsinə (Təkbaşına və komisyon ekspertiza) yeni 265.5-ci bəndin əlavə olunması təklif edilir.

Yeni bəndə əsasən, şəxsin anlaqlı olub-olmaması ilə bağlı məhkəmə-psixatrik ekspertizanın aparılması üçün ən azı üç məhkəmə ekspertindən ibarət komissiya təşkil ediləcək.

Açar sözlər:

Oxunub: 460