Göyçayda it sahibəsini ağzından dişləyib


12:50     08 Noyabr 2019 19_11_08_1573203106.jpg

Göyçayda qadın itin hücumuna məruz qalıb.

Hadisə rayonun Qızılağac kəndində qeydə alınıb.

Kənd sakini, 1954-cü il təvəllüdlü Əsgərova Surə Cahangir qızı evində saxladığı itin hücumuna məruz qalıb. İt qadını yerə yıxaraq ağzından dişləyib.

Qadın təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.(Apa)

Açar sözlər:

Oxunub: 157