Azərbaycanda borcu olan 11 nəfər saxlanıldı
13:20 08 Noyabr 2019

Noyabrın 7-dən 8-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 21 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 16 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.
Femida.az
Oxunub: 274
Oxşar xəbərlər
- Azərbaycanda indiyədək aparılmış koronavirus testlərinin sayı açıqlanıb
- Azərbaycanda son sutkada 305 nəfər yoluxub
- Azərbaycanda yeni mis-qızıl yatağı kəşf edilib
- Azərbaycanda 118 yeni yoluxma qeydə alınıb
- Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmuş şəxslərə pasport veriləcək
- Azərbaycanda universitet müəllimi koronavirusdan vəfat edib
- Azərbaycanda koronavirusdan ölənlərin sayı 3 mini ötdü
- Azərbaycanda koronavirus əleyhinə vaksinasiya strategiyası təsdiq edildi
- Azərbaycanda 402 yeni yoluxma qeydə alındı
- Azərbaycanda koronavirus ən çox bu bölgələrdə yayılıb