Bakı kəndlərinə gedənlərin nəzərinə! — Avtobuslar buradan yola düşəcək


13:33     08 Noyabr 2019 2019/11/baku_bus_051116_08_1573205114.jpg

Sabah, noyabrın 9-u səhər saatlarından Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərin istifadəsinə açıq olacaq.


Bu barədə Femida.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, ətraf kənd və qəsəbələr, eləcə də digər müvafiq istiqamətlər üzrə marşrut xətt avtobusları Atletlər kəndinin qarşısında yeni qurulan mərkəzdən hərəkət edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 553