Ağcabədi sakinindən narkotik və tapança götürülüb


13:46     08 Noyabr 2019 silah3.jpg

Ağcabədi sakinindən narkotik və tapança aşkarlanıb.


Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini D.Salmanovun evindən 100 qram heroin, 100 qram marixuana, metamfetamin, habelə paslanmış vəziyyətdə “Makarov” markalı tapança və 1 ədəd tapançaya bənzər qaz silahı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 959