Evindən oğurlanmış bank kartının hesabından pul çıxarıldı


14:11     08 Noyabr 2019 2019/11/bc5eb5fa-de12-4527-84ac-2e33ab08f538_1573205739.jpg

Göyçayda evdən bank kartı oğurlanıb.


Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən noyabrın 6-da rayon ərazisindəki evlərin birindən V.Mütəllimovun bank kartını oğurlayaraq hesabındakı 210 manatı çıxarmaqda şübhəli bilinən Çərəkə kənd sakini A.Mütəllimov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 543