Bayraq günü hava necə olacaq? - Proqnoz
14:05 08 Noyabr 2019

Noyabrın 9-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Femida.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 10-13, gündüz 17-21, Bakıda gecə 11-13, gündüz 19-21 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq.
Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6-11, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 9-10-da Abşeron yarımadasında sabit hava şəraiti və meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Femida.az
Oxunub: 355
Oxşar xəbərlər
- Sabahın hava proqnozu
- Paytaxtın yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
- DYP hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi
- “Azərişıq” hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib
- Hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
- Füzuli hava limanının uçuş-enmə zolağının uzunluğu 3 km-ə yaxın olacaq
- Prezident Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoydu - VİDEO+FOTOLAR
- Sabaha olan hava proqnozu açıqlandı
- “Laçın, yaxud Kəlbəcərdə beynəlxalq hava limanı tikiləcək” - Prezident
- Yüksək dağlıq ərazilərdə 13-19 dərəcə şaxta qeydə alınıb - FAKTİKİ HAVA