Qazaxda ölən Şuşa prokuroru - Rövşən Muradov
14:19 08 Noyabr 2019

Şuşa prokuroru Rövşən Muradovun ölümündən 31 il ötür.
Rövşən Muradov 22 mart 1949-cu ildə Xankəndi rayonunun Canhəsən kəndində anadan olub. Kosalar kəndi 8 illik orta məktəbi bitirib. Məktəbdə bütün sahələr üzrə nümunəvi şagird olan Rövşən məktəb tədbirlərində və ictimai işlərdə fəal iştirak edib. 1964-cü ildə Şuşa Pedaqoji Texnikumuna daxil olub. 1968-ci ildə yüksək göstərici ilə oranı bitirərək Cəmilli kənd məktəbinə təyinat alıb.
Bir neçə il orada işlədikdən sonra Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Universitetdə təhsilini bitirdikdən sonra bir müddət Xankəndində müstəntiq vəzifəsində çalışıb.
1988-ci ildə ermənilərin Dağlıq Qarabağı işğal etmək iddiaları qızışdığı dönəmdə Şuşaya prokuror təyin edilib. Amma icra aparatı ilə aralarında olan narazıçılıq səbəbi ilə iş yeri dəyişdirilib və o, Qazaxa təyinat alıb.
1988-ci il avqustun 15-i səhər saat 6-da evdən çıxaraq Qazaxa yola düşən Muradov Qazax rayonunun girişində gözlənilmədən qəzaya uğrayaraq dünyasını dəyişib.
Muradovdun 3 övladı qalıb.
Allah rəhmət eləsin!
Femida.az
Oxunub: 1477
Oxşar xəbərlər
- Zakir Həsənov Şuşa və Laçında bu tapşırıqları verdi
- Şuşada erməni bankından görün nə tapıldı - Gizli qalan VİDEO
- Samir Poladov: “İrəvan Şuşanı şəhər azad edildikdən sonra “İskəndər”lə vurub”
- Şuşada bərpa və yenidənqurma işləri davam etdirilir
- ANAMA Şuşaya "İskəndər-M" atıldığını təsdiqlədi
- Ərdoğan Şuşaya səfər edəcək
- Şuşanın işğalına rəhbərlik etmiş erməni general öldü
- Azərbaycanlıların soyqırımı qurbanları Şuşada anılıb
- Şuşada xeyli silah-sursat aşkarlanıb
- Şuşa polisi şəhid ailələrini ziyarət edib