İcbari tibbi sığorta ilə bağlı MÜHÜM YENİLİK
14:39 08 Noyabr 2019

İcbari tibbi sığortanın (İTS) tətbiqini təmin etmək məqsədilə əhalinin sistem çərçivəsində yararlana biləcəyi xidmətlərin toplusu (xidmətlər zərfi) hazırlanıb. Xidmətlər zərfinə ilkin səhiyyə xidməti, təcili yardım xidməti, ambulator, stasionar, həyati vacib dəyəri yüksək xidmətlər daxildir.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən APA-ya bildirilib. Məlumata əsasən, sözügedən sənəd hazırda müvafiq qurumlarla razılaşdırılma mərhələsindədir. Agentlikdən bildirilib ki, xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin adları, tarifləri, azadolma məbləği, o cümlədən dərman vasitələri ilə təminat şərtləri təsdiq olunduqdan sonra bu barədə ətraflı məlumat veriləcək.
Tədbirlər planına uyğun olaraq hazırda tibb müəssisələrində informasiya-kommunikasiya texnologiyaları (bundan sonra İKT) infrastrukturunun qurulması üzrə işlər aparılır. Ümumilikdə ölkə üzrə tibb müəssisələri 3092 ədəd kompüter avadanlığı ilə təchiz olunub.
Bildirilib ki, İTS-nin ölkədə tətbiqindən sonra tibb işçilərinin əməkhaqları artacaq. Həkimlərin əməkhaqları iki hissədən ibarət olacaq. Birinci hissədə həkimin aldığı aylıq məvacib Vahid Tarif Cədvəlinə əsasən sabit olacaq. İkinci hissədə isə həkimin göstərdiyi xidmətə görə onun əməkhaqqına əlavələr olacaq. Hazırda “Həkimlərin əməkhaqlarına əlavələrin hesablanması və ödənilməsi Qaydaları” müvafiq dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir.
Qeyd edək ki, 2020-ci il yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılacaq.
Femida.az
Oxunub: 540
Oxşar xəbərlər
- Vəkilliyə namizədlərlə onlayn icbari təlimə başlanıldı
- Vəkilliyə namizəd olan 94 nəfər icbari təlimə buraxıldı
- Yanvarın 1-dən icbari tibbi sığorta haqlarının toplanmasına başlanacaq
- İcbari tibbi sığorta xidmətləri bir il ƏDV-dən azad edildi
- İcbari tibbi sığorta haqları hansı qaydalarla tutulacaq? - İZAH
- 2021-ci ildə Xankəndində icbari tibbi sığorta tətbiq ediləcək
- İcbari tibbi sığortanın ƏDV-dən azad edilmə müddəti artırıldı
- Azərbaycanda icbari tibbi sığortanın ƏDV-dən azad edilmə müddəti artırılır
- İşəgötürənlər işçilərinin icbari tibbi sığortalanmasını təmin edəcək
- İcbari tibbi sığorta üzrə sığorta haqqının ödənilməsinə nəzarət qaydası