Məktəbli qız hamilə qaldığı üçün boğazı kəsilib? - AÇIQLAMA


14:58     08 Noyabr 2019 19_11_08_1573211046.jpg


Sosial şəbəkədə məktəbli qızın öldürülməsi ilə bağlı video yayılıb. İstifadəçilərin yazdığına görə, 8-ci sinif şagirdi hamilə qaldığı üçün əmisi tərəfindən boğazı kəsilib. Üstəlik qətlin sifarişi qızın Rusiyada yaşayan atası tərəfindən verilib.

Femida.az xəbər verir ki, sözügedən videoda ətrafdakı şəxslərin telefonla danışığına əsasən, hadisə yerinə çağırılan təcili yardımın gecikdiyi görünür.

Məsələ ilə bağlı Baş Prokurorluqla əlaqə yaratdıq. Qurumdan bildirildi ki, sözügedən video ilə bağlı araşdırma aparılır. Lakin dünəndən bəri Azərbaycanın heç bir bölgəsindən belə bir faktla bağlı müraciət daxil olmayıb.

Qeyd edək ki, Bakı polisi də məlumatların həqiqətə uyğun olmadığını bildirib. Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidməti nə dünən, nə də bu gün belə bir faktla bağlı polis orqanlarına məlumat daxil olmadığını qeyd edib.

Qeyd: Videoda zorakılıq halları olduğu üçün yerləşdirmirik.

Femida.az

Açar sözlər: #məktəbli   #qız  

Oxunub: 1308