Vilayət Eyvazov polkovniki təqaüdə göndərib


15:06     08 Noyabr 2019 2019/11/vilayet_eyvazov_1562763735_1573211246.jpg

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Daxili İşlər Nazirliyinin (DİN) daha bir əməkdaşını təqaüdə göndərib.


Femida.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsinin rəis müavini, polis polkovniki Əkbər Əkbərov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar işdən çıxarılıb.

V. Eyvazovun əmrinə əsasən, Ə.Əkbərov təqaüdə göndərilib.

Nazirin digər bir əmri ilə DİN-in Avtomobil təsərrüfatının rəisi, polis polkovniki Elçin Alıyev Maddi-Texniki Təminat Baş İdarəsinin rəis müavini təyin olunub.

Açar sözlər:

Oxunub: 219