Nikahından sonra xarici pasportunda soyadı dəyişməyən şəxs ölkəni tərk edə bilərmi?


18:09     08 Noyabr 2019 19_11_08_1573211416.jpg

Bəzi hallarda vətəndaşın şəxsiyyət vəsiqəsində və xarici pasportunda soyadı fərqli olur. Bu hal xüsusən də qadınlarda müşahidə edilir. Belə ki, şəxsiyyət vəsiqəsində nikahdan sonrakı soyadı olan şəxsin xarici pasportunda subaylıq soyadı göstərilir. Bu zaman həmin şəxs ölkəni tərk edərkən hansısa problem yarana bilərmi?



Femida.az xəbər verir ki, mövzu ilə bağlı danışan hüquqşünas Nemət Ağalarov bildirib ki, sözügedən məsələ həmin şəxsin ölkəni tərk etməsinə problem, yaxud çətinlik yaratmır.

Onun sözlərinə görə, vətəndaş başqa ölkəyə gedərkən şəxsiyyət vəsiqəsindən deyil, xarici pasportdan istifadə edildiyinə görə burada heç bir problem olmur: “Xarici pasportda qeyd ediən soyaddan istifadə olunur və bunun da heç bir problemi, məhdudiyyəti yoxdur”.

N.Ağalarov qeyd edib ki, əgər vətəndaş xarici pasportu nikahdan əvvəl alıbsa və nikah dövründə soyadını dəyişibsə, bununla bağlı məlumat verilməsi daha düzgün olardı: “Soyadın dəyişdirilməsi adətən qadınlarda olur. Qadın nikaha girəndə ərinin soyadını götürür və şəxsiyyət vəsiqəsində ərinin soyadı yazılır. Yaxşı olardı ki, xarici pasportdakı soyad da dəyişidirilərək uyğunlaşdırılsın. Bununla belə, qanunda qadağa, yaxud məhduyyət yoxdur ki, şəxsiyyət vəsiqəsində və xarici pasportunda soyadı fərqli olan həmin şəxs ölkəni tərk edə bilməz. Xarici pasport vətəndaşın şəxsiyyətini təsdiq edir və onun ölkədən çıxışına əsas durur”.

Bununla belə, hüquqşünas əlavə edib ki, xarici pasportunda və şəxsiyyət vəsiqəsində soyadı fərqli olan şəxs övladları ilə ölkəni tərk etmək istəyərsə, o zaman soyadın dəyişdirilərək uyğunlaşdırılması tələb olunur.

Açar sözlər:

Oxunub: 633


Oxşar xəbərlər