Hulusi Akar: "YPG/PKK-nı həmin ərazilərdən çıxarmalarını tələb edirik"
15:27 08 Noyabr 2019

“Barış pınarı" əməliyyatı ilə bağlı “Türkiyə Suriya torpaqlarını işğal edir” iddialarının həqiqətə uyğun olmadığı ölkəmizin yüksək vəzifəli şəxsləri tərəfindən tez-tez dilə gətirilir.
Femida.az xəbər verir ki, bunu Türkiyənin Müdafiə Naziri Hulusi Akar CNN International kanalına açıqlamasında bildirib. Onun sözlərinə görə, Türkiyə Suriya və digər qonşularının ərazi bütövlüyünə hörmətlə yanaşır:
“Biz "Sülh pınarı" əməliyyatını həyata keçirərkən hər hansı bir işğal, müdaxilə və ya başqa bir şey etmirik. Burada ancaq terror təşkilatlarına qarşı əməliyyat keçiririk”
YPG/PKK terror təşkilatının geri çəkilməli olduğu ərazilərdə hələ də qaldığını xatırladan H.Akar deyib: “Həm Rusiya, həm də ABŞ YPG/ PKK-nın bu ərazilərdən çıxarılacağını vəd edib. Yəni onlar həm əməliyyatın keçirildiyi bölgədən, həm də həmin bölgənin şərqindən və qərbindən çıxarılmalı idi. Ancaq hələ də YPG terrorçuları tərəfindən yol verilən çox sayda pozuntu halları var və biz onlara qarşı mübarizə aparırıq. Eyni zamanda Rusiya və ABŞ ilə əməkdaşlıq edərək YPG/PKK-nı həmin ərazilərdən çıxarmalarını tələb edirik.”
Oxunub: 307
Oxşar xəbərlər
- Prezident: Müharibə dövründə ədalətsiz mövqe sərgiləyən ölkələrlə münasibətlər normallaşır
- Prezident: "Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir"
- İlham Əliyev: “Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir”
- Prezident: “Bu gün bir ölkə yoxdur ki, bizim o ölkə ilə hansısa problemimiz olsun”
- Zakir Həsənov Türkiyəyə başsağlığı verdi: "Sizin acınız bizim də acımızdır"
- Baş katib: “Gürcüstan və Ukrayna üçün NATO-nun qapıları açıq qalır”
- DGK: İşğaldan azad edimiş ərazilərdə İranla gömrük postu açıla bilər
- DİM: Magistraturaya imtahan verən 1818 bakalavr 0-30 bal taplayıb
- MN: Hərbçilərin maaşına əlavələr yaxın günlərdə ödəniləcək
- Azərbaycan Prezidenti: “Pakistanla birgə hərbi təlimlərin vaxtı çatıb”