Gələn il metronun "Həzi Aslanov" stansiyası əsaslı təmir olunacaq


15:34     08 Noyabr 2019 19_11_08_1573212878.jpg

Gələn il metronun "Həzi Aslanov" stansiyasının əsaslı təmirinə başlanılacaq.


Femida.az -ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin baş mühəndisi Əlixan Osmanov deyib.

Onun sözlərinə görə, hazırda layihə smetasının hazırlanması işləri aparılır.

"Yaxın gələcəkdə həmçinin “Nizami” stansiyasının da eskalatorlarının dəyişdirilməsi ilə əlaqədar təmir işləri aparılacaq. Bundan başqa, digər texniki istismara bağlı işlərimiz də var ki, onlar da yerinə yetiriləcək", - deyə Ə. Osmanov qeyd edib.

Açar sözlər:

Oxunub: 418