Milli parkda ilk dəfə marafon keçiriləcək
18:46 08 Noyabr 2019

“Dövlət Bayraq günü” ilə əlaqədar noyabrın 9-da Abşeron Milli Parkında “Sağlam ətraf mühit, sağlam həyat naminə” Qaçış marafonu keçiriləcək.
Femida.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib. Onun sözlərinə görə, milli parkda ilk dəfə keçiriləcək Qaçış Marafonunun əsas strateji hədəfi ekoturizmin daha da inkişafına nail olmaq, insanları ətraf mühitin sağlamlaşdırılması tədbirlərinə dəstək göstərməyə çağırmaq, milli parklarda bu cür tədbirlərin keçirilməsi ənənəsini formalaşdırmaq və sağlam həyat tərzini təbliğ etməkdir.
“Sən də qoşul, dostlarını sağlam ətraf mühitdə sağlam yaşamağa dəvət et!” şüarı ilə keçiriləcək marafona Aqrar Tədarük və Təchizat ASC-nin nümayəndələri də qoşulacaq və 6 kilometr məsafə qət ediləcək. Sonda qaliblərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri tərəfindən hədiyyələr veriləcək, bütün marafon iştirakçılarına isə mayın 1-dək yaxınları ilə birgə Abşeron Milli Parkına birdəfəlik ödənişsiz giriş imkanı yaradan dəvətnamə təqdim olunacaq".
Oxunub: 408
Oxşar xəbərlər
- Hirkan Milli Parkında yanğın davam edir
- Hirkan Milli Parkında baş verən yanğın qismən söndürülüb
- Hirkan Milli Parkında yanğın - Təyyarə cəlb edildi
- ETSN: Hirkan Milli Parkında yanğın başlayıb
- "E-manat" və "MilliÖn"dən külli miqdarda pul oğurlanıb
- İlham Əliyev: "Antimilli şuranın liderləri vaxtilə Paşinyanı bizə nümunə kimi göstərirdilər"
- Milli Qəhrəman Polad Həşimovun doğum günüdür
- Milli Qəhrəmanlara verilən təqaüd artırıldı
- Milli Məclis dünya azərbaycanlılarına müraciət edib
- Milli Məclisin bu gün keçiriləcək iclasının gündəliyi dəyişdirilib