Girov götürülən türklər sərbəxt buraxıldı


00:40     21 Noyabr 2015 292809_0.jpg

Malinin paytaxtındakı "Radisson" hotelində girov saxlanılan "Türk Hava Yolları" aviaşirkətinın 6 əməkdaşından 5-i azad edilib.


Bu barədə Femida.az "Anadolu" agentliyinə istinadən məlumat verir.

Qeyd edək ki, naməlum şəxslər Malinin paytaxtı Bamakoda yerləşən "Radisson Hotel Bamako" hotelinə silahlı hücum edib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, iki terrorçu 167 nəfəri girov götürüb.

Silahlı hücum nəticəsində 3 nəfər həlak olub. Təhlükəsizlik qüvvələri hoteli mühasirəyə alıblar. Hotelin binasında atışma gedir.

Açar sözlər:

Oxunub: 782