Qızıl dükanından oğurluq edən şəxsi polislər saxlayıb
16:20 08 Noyabr 2019

Bakıda qızıl dükanından oğurluq edən şəxsi polislər saxlayıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, Səbail rayonunda yerləşən ticarət mərkəzlərindən birində qızıl alqı-satqısı dükanından oğurluq edilib.
Zərərçəkən sahibkar polisə müraciət edərək dəyəri 2 min manat olan üzüyün naməlum şəraitdə oğurlandığını bildirib.
Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törədən, əvvəllər məhkum olunmuş paytaxt sakini Elvin Məmmədzadə saxlanılıb.
O, ifadəsində törətdiyi cinayəti etiraf edərək oğurladığı üzüyü metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında satdığını bildirib.
Qeyd edək ki, E.Məmmədzadənin obyektdən oğurluq etməsi mağazanın müşahidə kameraları vasitəsilə də anbaan lentə alınıb.
E.Məmmədzadə barəsində 39-cu Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib.
Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Səbail Rayon Polis İdarəsi və ya 39-cü Polis Bölməsinə müraciət edə bilərlər.
Femida.az
Oxunub: 330
Oxşar xəbərlər
- Qızılağac Dövlət Təbiət Qoruğunda yanğının qarşısı alınıb
- Qızılağac Milli Parkında yanğın başlayıb
- Qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub
- Qızıl Xaç Komitəsi Dilqəm Əsgərov və Şahbaz Quliyevə avqust ayında baş çəkməyib
- Qızılca epidemiya halını aldı - Baş nazir əhaliyə səsləndi
- Qızıl Xaç Komitəsinin nümayəndələri Bakıda fərari erməni hərbçi ilə görüşüblər
- Qızıl bəzək əşyalarının ölkəyə qanunsuz gətirilməsinin qarşısı alınıb
- Qızılın 1 unsiyasının qiyməti 1500 dolları keçib
- Qızıl ucuzlaşdı, gümüş bahalaşdı
- Qızılağac Milli Parkının ərazi bölgüsü müəyyənləşdi