Azərbaycanda qanunsuz ov edən ərəblər saxlanılıb
17:13 08 Noyabr 2019

"İki gün əvvəl Mahmudçala Ovçuluq Təsərrüfatında iki ərəb ölkəsi vətəndaşı ov qaydalarının pozulmasına görə saxlanılıb".
Femida.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.
O bildirib ki, ərəblərin hər biri qanunvericilik çərçivəsində 2000 manat cərimələnib: "Onların ölkədən çıxarılması və ya gələcəkdə ölkəyə səfərinin qarşısının alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət edilib".
H.Əlizadə həmçinin xatırladıb ki, qanunsuz ov faktları payız-qış aylarında daha çox olur.
Femida.az
Oxunub: 368
Oxşar xəbərlər
- Prezident: Müharibə dövründə ədalətsiz mövqe sərgiləyən ölkələrlə münasibətlər normallaşır
- "Müharibə dövründə ədalətsiz mövqe sərgiləyən ölkələrlə də indi münasibətlər normallaşır" - İlham Əliyev
- Tahir Budaqova yeni vəzifə verildi
- Vilayət Eyvazov Pakistanın Baş Qərargah rəisini qəbul edib
- Mübariz Mənsimov azadlığa buraxıldı - Bu şərtlə
- Əli Əsədovla Türkiyənin Vitse-prezidenti arasında telefon danışığı olub
- Azərbaycanda 5 dövlət əmlakı özəlləşdirilib
- Əli Əhmədov yenə YAP İdarə heyətinin sədr müavini seçildi
- Şəhla Hümbətovanın vəkilliyinə xitam verildi
- Zakir Həsənov Türkiyəyə başsağlığı verdi: "Sizin acınız bizim də acımızdır"