Azərbaycanda arı ailələrinin sayı 500 mini keçib


19:14     08 Noyabr 2019 2019/11/69821a95-614a-4e17-947b-358311e8114f_1573218895.jpg


"Bu ilin sonuna qədər ölkədə arı ailələrinin sayının 419 minə çatacağı planlaşdırılırdı, amma noyabrın 1-nə bu rəqəm 520 min olub. Bu isə 6 min ton bal əldə edilməsi deməkdir”.


Bunu Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun Gəncədə yerləşən Arıçılıq Mərkəzinin rəisi Allahverdi Seyidov deyib.

Onun sözlərinə görə, gələn il arı ailələrinin sayının 600 mini keçəcəyi gözlənilir.

"Arıçılıq Mərkəzi 2015-ci ildə yaradılıb. Həmin vaxt Azərbaycanda 120 min arı ailəsi var idi. Apardığımız təbliğat işləri nəticəsində bu rəqəm 4 dəfədən çox artıb. Burada ana arının yetişdirilməsi, seleksiyanın aparılması və s. işlər həyata keçirilir", - A.Seyidov əlavə edib. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 139