“Tramp qondarma “erməni soyqırımı”nı savaş adlandırmağı təklif etdi” - Ərdoğan
17:43 08 Noyabr 2019
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfəri zamanı Prezident Donald Trampla qondarma “erməni soyqırımı” məsələsini də müzakirə edəcəyini deyib.
Femida.az-ın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Macarıstandan qayıdarkən təyyarədə jurnalistlərə bildirib.
“Artıq qondarma “erməni soyqırımı” məsələsi bizi bezdirir. ABŞ-a səfərim zamanı da bu məsələyə toxunacağam. Hətta Tramp özü bir dəfə dedi ki, bəlkə buna soyqırımı deyil, savaş desək, necə olar? Mən də cavab verdim ki, bizim qarşımızda hər hansı bir dövlət olmayıb, belə məsələ müzakirə mövzusu deyil. Onu da bildirdim ki, bu, məcburi bir köç məsələsi olub və burada da bəzi sıxıntılar yaşanıb”, - deyə Türkiyə Prezidenti qeyd edib.
Xatırladaq ki, Ərdoğan 13 noyabrda ABŞ-a səfər edəcək.
Femida.az
Oxunub: 471
Oxşar xəbərlər
- Ərdoğan Azərbaycana gəlir
- Ərdoğan Qarabağdakı son vəziyyətdən danışıb
- Putin və Ərdoğan arasında ikitərəfli görüş başlayıb
- Ərdoğan Xamenei ilə görüşüb
- Ərdoğanın İrana səfər tarixi açıqlanıb
- Ərdoğan Putin və Zelenski ilə telefonla danışacaq
- Ağ Ev: Baydenlə Ərdoğan görüşəcək
- KİV: Ərdoğan NATO sammitinə altı maddəlik dosye ilə gedəcək
- Ərdoğanla Putin Ukraynadakı vəziyyəti müzakirə ediblər
- Ərdoğan Azərbaycana təşəkkür edib