DİN və Baş Prokurorluqdan birgə məlumat
19:37 08 Noyabr 2019

Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə guya 8-ci sinif şagirdinin atasının sifarişi ilə əmisi tərəfindən qətlə yetirildiyini əks etdirən videogörüntülər yayılıb.
Femida.az -ın məlumatına görə, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə məlumatında bildirilir ki, həmin məlumatlar həqiqəti əks etdirmədiyindən təkzib olunur.
Belə ki, cari il oktyabrın 8-də Gəncə şəhərində şəhər sakini Məhərrəm Siratinin qeyri-rəsmi nikah münasibətində olduğu şəhər sakini Natavan Mustafayevaya qısqanclıq zəminində bıçaqla çoxsaylı zərbələr endirərək onu qəsdən öldürməyə cəhd etməsinə şübhələr üçün əsaslar müəyyən edilmişdir.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin olunmuş, eləcə də əməliyyat tapşırıqları və müvafiq sorğular verilmişdir.
Məhərrəm Sirati təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
İctimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət etməklə cəmiyyətdə geniş ajiotaja səbəb olmuş həmin videogörüntünü sosial şəbəkələr vasitəsilə yayılmasını həyata keçirmiş şəxsin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində Şəmkir rayonunun Seyfəli kənd sakini, 21 yaşlı Musa Məmmədov şübhəli şəxs qismində saxlanılmış və barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir.
Femida.az
Oxunub: 901
Oxşar xəbərlər
- Əsgər İqor Rıskin: “Vətəni qoruyanların sırasında olmağımla qürurlanıram”
- Azərbaycan BMT-yə növbəti dəfə müraciət etdi - Ermənistanla bağlı
- "Həzi Aslanov" metrostansiyası bağlanır? - RƏSMİ cavab
- İcra nümayəndəsi qəza törətdi - Ölən və yaralı var
- Zurabişvili: "Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir"
- Bakıda DƏHŞƏT: avtomobilin banından qadın meyiti çıxdı
- FHN məlumat yaydı: 4 azyaşlı xilas edilib
- Növbədənkənar seçkiləri müşahidə etmək üçün müraciət müddətləri müəyyənləşib
- Hakimlərə məzuniyyət haqqının hesablanması qaydası müəyyənləşib
- Magistraturaya qəbul olunacaq tələbələrin sayını Nazirlər Kabineti müəyyənləşdirəcək