"Bu səfər qanuna zidd deyil" - Rusiya XİN-dən Azərbaycanın notasına cavab


20:53     08 Noyabr 2019 rusiya%20xin.jpg

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin “təmsilçiləri” Masis Mayilyan və Lernik Hovhannisyanın Rusiyaya səfər etməsi haqda Azərbaycanın etiraz notası ilə bağlı bəyanat yayıb.

Femida.az-ın APA-ya istinadən verdiyi xəbəerə görə, Rusiya XİN-in saytında yerləşdirilən bəyanatda bildirilib ki, adı çəilən şəxslərin səfərləri həyata keçirilsə belə, istisnasız olaraq şəxsi xarakter daşıyıb.

“Bu mənada bu səfər Rusiya qanunvericiliyinə, mövcud beynəlxalq razılaşmalara, nə də ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsindəki vasitəçilik missiyasına zidd deyil. Rusiya Federasiyasının rəsmi şəxsləri ilə heç bir görüş keçirilməyib. O ki, qaldı Mailyan və Ovannisyanın rusiyalı ekspertlərlə “Artsaxın Rusiyadakı daimi nümayəndəliyi”ndə hansısa təmaslarına, bir daha qeyd edirik ki, belə "nümayəndəlik” Rusiya federasiyasının dövlət orqanlarında suveren dövlətin diplomatik missiyası qismində qeydiyyatdan keçməyib. Ona görə ki, ölkəmiz “Dağlıq Qarabağ Respublikası”nı tanımır”, - deyə bəyanata qeyd olunub.

Açar sözlər:

Oxunub: 259