Nazir və müavinləri vətəndaşları qəbul edəcək
21:11 08 Noyabr 2019
Prezident İlham Əliyevin vətəndaşların təklif, irad və şikayətləri ilə yerində tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev 28 noyabr 2019-cu il tarixində saat 10:00-da Şəmkir və Tovuz rayonlarının vətəndaşlarını Şəmkir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti 1) qəbul edəcək.
Femida.az xəbər verir ki, 28 noyabr 2019-cu il tarixində, həmçinin Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev Qazax və Ağstafa rayonlarının vətəndaşları ilə Qazax şəhərində yerləşən Gənclər Mərkəzində (ünvan: Qazax şəhəri, Heydər Parkı) görüşəcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Nazirliyin 168 saylı “Qaynar xətt”i, həmçinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: Tovuz rayonu, Düz Cırdaxan kəndi) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 022-31-73-5-28, 050-330-95-49, 050-645-75-77) xahiş olunur.
Femida.az
Oxunub: 615
Oxşar xəbərlər
- Nazir Cavid Məmmədovu bu rayona rəis təyin etdi
- Nazirlik ölkədən çıxışına qadağa qoyulan teatr direktoru ilə bağlı araşdırma aparır
- Nazirlik “Buta” klinikasının fəaliyyətini dayandırıb
- Nazirlik bəstəkar-müğənninin bağ evində aşkarlanan ayı balası ilə bağlı məlumat yayıb
- Nazir regional təhsil idarələrinə yeni rəhbərlər təyin edib
- Nazir məktəbli çantalarının ağır olması ilə bağlı narazılıqlara münasibət bildirib
- Nazir Vətən Müharibəsi Qəhrəmanını hərbi hissə komandiri təyin edib
- Nazirlik rayon təhsil şöbələrinin gələcək fəaliyyətinə aydınlıq gətirib
- Nazirlər kabinetinin qərarı qüvvəyə mindi: Bu məhsullar bahalaşacaq
- Nazir Kəmaləddin Heydərov partlayış baş vermiş obyektə gəlib