Damda göyərçin saxlayan kişi beşmərtəbəli binadan yıxılıb öldü


21:23     08 Noyabr 2019 binadan%20yixildi.PNG

Sumqayıtda ölüm hadisəsi baş verib.

Femida.az-ın məlumatına görə, şəhərin 4-cü mikrorayonunda qeydə alınıb.

Şəhər sakini, 1970-ci il təvəllüdlü Melikov İmran Sədulla oğlu 5 mərtəbəli binanın damına çıxıb. Məlumata görə o, damda göyərçin saxlayırmış. İ.Melikov ehtiyatsız davranıb və nəticədə damdan yerə yıxılıb. O, hadisə yerində keçinib.

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 175


Oxşar xəbərlər