Elmar Məmmədyarov Türkiyədə işgüzar səfərdədir


12:28     09 Noyabr 2019 19_11_09_1573288148.jpg

Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 24-cü iclasında iştirakı məqsədilə Türkiyə Respublikasında işgüzar səfərdədir.

Bu barədə Femida.az-a Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edək ki, bu gün Antalyada Elmar Məmmədyarov başda olmaqla ölkəmizin geniştərkibli heyətinin iştirak edəcəyi İqtisadi Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının 24-cü iclası keçiriləcək.

Katibliyi Tehran şəhərində yerləşən İƏT 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə təsis olunub. Azərbaycan 1992-ci ildən İƏT-in üzvüdür və təşkilatda ən fəal ölkələrdəndir.

Açar sözlər:

Oxunub: 129