Antalyada İƏT Nazirlər Şurasının 24-cü iclası başlayıb - FOTO


14:11     09 Noyabr 2019 2019/11/9ed175e5-e8cb-4332-a742-80567f06d4d0_1573295017.jpg

Antalya şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Nazirlər Şurasının 24-cü iclası başlayıb.


Femida.az-ın Türkiyə bürosu xəbər verir ki, Azərbaycanı iclasda Xarici İşlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Toplantıda əvvəlcə İƏT-in fəaliyyətini əks etdirən film nümayiş olunub.

Tacikistanın xarici işlər nazirinin müavini Khusrav Noziri ötən vaxt ərzində üzv ölkələrlə reallaşdırdığı layihələr haqqında danışıb. Daha sonra İƏT-in baş katibi Hadi Süleymanpurun məruzələri dinlənilib.

Hesabat məruzələrindən sonra Türkiyənin dövlət himni səsləndirilib və təşkilata sədrlik Tacikistandan Türkiyəyə keçib və toplantı ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlunun sədrliyi ilə davam etdirilib.

Qeyd edək ki, İƏT beynəlxalq təşkilat kimi 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək üçün yaradılıb. Qurum 1964-cü ildən 1979-cu ilə qədər mövcud olmuş İnkişaf üzrə Regional Əməkdaşlıq Təşkilatının varisidir. 1992-ci ildə təşkilata Əfqanıstan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan üzv olub. Məhz noyabrın 28-i ECO Günü kimi qeyd olunur.Antalya şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Nazirlər Şurasının 24-cü iclası başlayıb.

"Report"un Türkiyə bürosu xəbər verir ki, Azərbaycanı iclasda Xarici İşlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Toplantıda əvvəlcə İƏT-in fəaliyyətini əks etdirən film nümayiş olunub.

Tacikistanın xarici işlər nazirinin müavini Khusrav Noziri ötən vaxt ərzində üzv ölkələrlə reallaşdırdığı layihələr haqqında danışıb. Daha sonra İƏT-in baş katibi Hadi Süleymanpurun məruzələri dinlənilib.

Hesabat məruzələrindən sonra Türkiyənin dövlət himni səsləndirilib və təşkilata sədrlik Tacikistandan Türkiyəyə keçib və toplantı ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlunun sədrliyi ilə davam etdirilib.

Qeyd edək ki, İƏT beynəlxalq təşkilat kimi 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək üçün yaradılıb. Qurum 1964-cü ildən 1979-cu ilə qədər mövcud olmuş İnkişaf üzrə Regional Əməkdaşlıq Təşkilatının varisidir. 1992-ci ildə təşkilata Əfqanıstan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan üzv olub. Məhz noyabrın 28-i ECO Günü kimi qeyd olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 571