Bakıda keçmiş məhkum heroin və saxta əsginasla tutulub


14:26     09 Noyabr 2019 terro12r%20hebs.jpg


Bakıda keçmiş məhkum narkotik və saxta əsginasla tutulub.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş A.Cavadov paytaxtın Nərimanov rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilib.

A.Cavadovun “BMW” markalı avtomobilinə baxış zamanı isə oradan 7 ədəd 50 manatlıq saxta əskinas aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 433