Şərqi Azərbaycan zəlzələdən sonra - FOTOLAR


17:56     09 Noyabr 2019 2019/11/712C6B9B-F6FC-435B-A300-A07219AEC387_4719924099.jpeg

Xəbər veridimiz kimi İranın Şərqi Azərbaycan əyalətində 5,9 bal gücündə baş vermiş zəlzələ olub. Zəlzələ zamanı 6 nəfər ölüb, 300 nəfərdən çox adam xəsarət alıb, 40 ev tamamilə dağılıb.

Tehran universiteti seysmologiya mərkəzinin məlumatına görə, ötən axşam yerli vaxtla saat 02:17-də Şərqi Azərbaycan əyalətinin Miyanə şəhəri yaxınlığında baş vermiş 5.9 bal gücündə olan zəlzələnin episentri Təbriz şəhərindən 156 kilometr cənub-şərqdə yerləşib.

Zəlzələnin yerin 8 km dərinlikdə baş verdiyi bildirilib.

İran dövlət televiziyası zəlzələdə 6 nəfər öldüyünü, 300 nəfərdən çox adamın xəsarət aldığını açıqlayıb.

Zəlzələnin Ərdəbil, Zəncan və digər əyalətlərdə də hiss olunduğu bildirilib.

Femida.az zəlzələdən sonra hadisə yerindən fotoları təqdim edir:











Açar sözlər:

Oxunub: 225