Sumqayıtda ağır qəza, ölən və yaralananlar var


18:06     09 Noyabr 2019 qeza_yeni.jpg

Bakı-Quba yolunun 47-ci kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az-ın məlumatına görə, qəza Sumqayıt şəhərinin "Yaşma bağları" yaşayış massivi ərazisindən keçən avtomobil yolunda qeydə alınıb. Belə ki, "Opel Zafira" markalı minik avtomobili yoldan çıxaraq qəzaya uğrayıb. Hadisə nəticəsində 1995-ci il təvəllüdlü Dilbiləyev Məhəmməd Ənvər oğlu ağır bədən xəsarətləri alaraq dünyasını dəyişib. Avtomobildə olan 5 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 263