Cocuq Mərcanlıda “Qarabağ Azərbaycandır!” lövhəsi açılıb


18:54     09 Noyabr 2019 2019/11/F121B650-7431-429A-A48F-99D7399D6C63_1573311369.jpeg

Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunda çıxışı zamanı düşmənə cavab olaraq səsləndirdiyi “Qarabağ Azərbaycandır!” cümləsinin həkk olunduğu lövhə hazırlayıb.

Femida.az xəbər verir ki, Aİİ heyəti həmin lövhəni 9 noyabr 2019-cu il tarixdə Dövlət Bayrağı Günü münasibətilə Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər zamanı Şuşa şəhərindəki Gövhər Ağa məscidinin bənzəri olan kənd məscidinin önündə açıblar.

Qeyd edək ki, Aİİ kollektivi Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfəri zamanı “Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə-kompleksi”ni, kənd məktəbini, burada inşa edilmiş Şuşa şəhərindəki Gövhər Ağa məscidinin bənzəri olan kənd məscidini ziyarət ediblər. Eyni zamanda, Cocuq Mərcanlı Mədəniyyət evində milli-vətənpərvərlik mövzusuna həsr edilmiş tədbir keçirilib.

Səfərin əsas məqsədi tələbələrdə vətənpərvərlik ruhunun gücləndirilməsi, gənclərin milli ruhda yetişməsi, milli təəssübkeşliyin, torpağa bağlılığın, dövlətə sevginin gücləndirilməsidir.

Femida.az

Açar sözlər:

Oxunub: 677