Bu saat 2 milyard dollara satıldı


10:22     10 Noyabr 2019 19_11_10_1573367067.jpg

İsveçrənin “Petek Philippe” şirkətinin istehsalı olan saat Cenevrədə “Only Watch” hərracında rekord məbləğə - təxminən 2 milyard dollara satılıb.

Poladdan hazırlanan saat nə vaxtsa satılan ən bahalı saat olub.

“Professional Watches” portalı qeyd edir ki, “The Grandmaster Chime Reference 6300A-010” modeli 2014-cü ildə məhdud tirajda (7 ədəd) buraxılıb.

Hərracda bahalığına görə ikinci olan saat isə sənətkar Fransua-Pol Jurnanın olub. Onun əl işi 1,8 milyon İsveçrə frankına satılıb.

Ümumilikdə tədbirdə dəyəri 38,5 milyon İsveçrə frankından çox olan saatlar satılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1547