Daha bir ana doğuş zamanı öldü


11:09     10 Noyabr 2019 2015-02-04-10-22-32dogus-zamani5.jpg

Yevlaxda doğuş zamanı ana ölümü faktı qeydə alınıb.

23 yaşlı Tanrıqulular kənd sakini Gülanə Həmzəyeva Yevlax Rayon Mərkəzi Xəstəxanasında qız uşağı dünyaya gətirib.

Ancaq ana doğuş zamanı həyatını itirib.

Qeyd edək ki, bu, G. Həmzəyevanın ikinci övladıdır.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır. / APA

Femida.az

Açar sözlər:

Oxunub: 507