Zaqatalada kafe yanıb


12:14     10 Noyabr 2019 19_11_10_1573373803.jpg

Zaqatalada yanğın hadisəsi baş verib. "Qafqazinfo"nun məlumatına görə, insident rayonun "Görüş" restoranında qeydə alınıb.

Belə ki, şəhərin "Köhnə Avtovağzal" adlanan ərazisində Əliyeva Ayna Əhməd qızına məxsus restoran yanıb. Hadisə yerinə Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndurən texnikası və canlı qüvvəsı cəlb olunub.

Yanğın zamanı restoranın bir hissəsi yanıb.

Qeyd edək ki, "Görüş" restoranı 8 ay ərzində ikinci dəfədir ki, yanır. Birinci yanğın mart ayında olub.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 384