Ucarda 3 gün əvvəl bıçaqlanan şəxs ölüb


15:43     10 Noyabr 2019 19_11_10_1573385267.jpg

Ucarda 3 gün əvvəl bıçaqlanan rayon sakini xəstəxanada ölüb.


Femida.az ın xəbərinə görə, Ucar Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən Abbas Malik oğlu Feyzullayev ötən gün axşam saatlarında orada ölüb.

Qeyd edək ki, hadisə noyabrın 7-də axşam saatlarında şəhərin 20 yanvar küçəsində qeydə alınıb. Rayon sakini Nazim Əbil oğlu Səfərovla Abbas Malik oğlu Fərzaliyev arasında baş verən münaqişə bıçaqlanma ilə nəticələnib. N. Səfərov A. Fərzaliyevə 4 bıçaq zərbəsi vurub. Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.


Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 502