Ağır atletika üzrə Azərbaycan Kuboku başa çatıb


17:58     10 Noyabr 2019 2019/11/85F5FBB2-F85E-46EF-8EF4-66C238877EBE_1573395069.jpeg

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən ağır atletika üzrə Azərbaycan Kuboku başa çatıb.

Femida.az xəbər verir ki, ikinci yarış günündə körpücük üzərinə çəkisi 81, 87, 96, 102, 109-a qədər və 109 kq-dan yuxarı olan atletlər çıxıblar. Bu çəki dərəcələrində müvafiq olaraq Kənan Əliquliyev, Ceyhun Tağızadə, Kamran İsmayılov, Nailxan Nəbiyev, Əliş Nəzərov və İsmayıl Qurbanov qalib gəliblər.

Yarışda şəhər və rayonların idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atlet öz qüvvəsini sınayıb.

Qeyd edək ki, Azərbaycan Kubokunun təşkilində məqsəd atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir.

Femida.az

Açar sözlər:

Oxunub: 180