Ağır atletika üzrə Azərbaycan Kuboku başa çatıb
17:58 10 Noyabr 2019
Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən ağır atletika üzrə Azərbaycan Kuboku başa çatıb.
Femida.az xəbər verir ki, ikinci yarış günündə körpücük üzərinə çəkisi 81, 87, 96, 102, 109-a qədər və 109 kq-dan yuxarı olan atletlər çıxıblar. Bu çəki dərəcələrində müvafiq olaraq Kənan Əliquliyev, Ceyhun Tağızadə, Kamran İsmayılov, Nailxan Nəbiyev, Əliş Nəzərov və İsmayıl Qurbanov qalib gəliblər.
Yarışda şəhər və rayonların idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atlet öz qüvvəsini sınayıb.
Qeyd edək ki, Azərbaycan Kubokunun təşkilində məqsəd atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir.
Femida.az
Oxunub: 1189
Oxşar xəbərlər
- Ağır qəza: Ölənlər var
- Ağır qəzaya düşən müəllim xəstəxanada ÖLDÜ - FOTO
- Ağır Atletika Federasiyasının prezidenti vəzifəsinə namizəd məlum olub
- Ağır yaralanan Xocalı cəlladı xəstəxanada öldü
- Ağırçəkili şəxs xəstəxanaya çatdırıldı
- Ağır qəzada ölən şəxslərin ADLARI
- Ağırçəkili kişi çarpayıdan yıxıldı - FHN köməyinə gəldi
- Ağır atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
- Ağırçəkili kişi çarpayıdan yıxıldı - FHN köməyinə gəldi
- Ağır yol qəzası: 7 ölü, 50 yaralı