Goranboyda yol qəzası - Xəsarət alanlar var


19:09     10 Noyabr 2019 qeza_yeni.jpg

Bakı-Qazax avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Femida.az-ın məlumatına görə, 2 avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya aparılıblar. Onların arasında vəziyyəti ağır olanlar var.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 462