Lavrov İrəvana səfər edib
21:42 10 Noyabr 2019
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana rəsmi səfər edib.
Femida.az “RİA Novosti”yə istinadən xəbər verir ki, rusiyalı nazirin İrəvana səfər proqramı erməni həmkarı Zohrab Mnatsakanyanla birlikdə Böyük Vətən Müharibəsi üzərində qələbənin 75 illiyinə həsr olunmuş sərginin açılışında iştirakı ilə başlayır. Tədbir Ermənistan Milli Qalereyasında keçiriləcək.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin xəbər verdiyi kimi, Lavrovun İrəvana rəsmi səfəri noyabrın 11-dək davam edəcək. Ermənistanda olduğu müddətdə onun baş nazir Nikol Paşinyan və prezident Armen Sarkisyanla görüşləri, həmçinin Mnatsakanyanla danışıqları nəzərdə tutulur.
İkitərəfli əməkdaşlığın, EAEU, KTMT və MDB arasında xarici siyasət sahəsində əməkdaşlıq, BMT, ATƏT, Avropa Şurası, QDİƏT və digər beynəlxalq forumlarda mövqelərin əlaqələndirilməsi məsələlərinin hərtərəfli müzakirəsi planlaşdırılır.
Femida.az
Oxunub: 513
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- Şuşanın adını daşıyan "Xarı Bülbül" komandası dağılır - Sponsor niyə tapılmır?
- "Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala bilərlər" - DİREKTOR
- Heydər Əliyevin mühafizəçisi nələri danışdı? - VİDEO
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Ermənilər əsgərimizə görün nə edib - 18+VİDEO
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Hesablama Palatası AzTV-də yoxlamalara başlayıb
- Fazil Mustafa harada güllələnib? - ƏRAZİDƏN VİDEO
- Mingəçevir evdə qadın meyiti tapılıb