Spirtli içki ən çox bu ölkələrdə içilir
09:05 11 Noyabr 2019
Litva spirtli içkidən istifadəyə görə dünya ölkələri arasında birinci yeri tutub.
Femida.az xəbər verir ki, bu barədə məlumat İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının noyabrda dərc edilən sağlamlıq nəşrində yer alıb.
Qeyd olunub ki, Litvada bir nəfər orta hesabla il ərzində 12,3 litr spirtli içki qəbul edir.
Litvadan sonra Avstriya (11,8 litr) və Fransa (11,7) gəlir. İlk beşlikdə Çexiya (11,6 litr) və Lüksemburq da (11,3 litr) var. Altıncı yerdə qərarlaşan dövlətlərin sakinləri orta hesabla il ərzində 11,2 litr spirtli içki qəbul edir. Bunlar Latviya və İrlandiyadır.
Macarıstan Rusiya ilə birlikdə, 11,1 litr göstərici ilə yeddinci yerdə qərarlaşıb. Almaniya (10.8 litr), Portuqaliya (10.7 litr) və Polşa (10.6 litr) vətəndaşları ilk onluğun sonuncu üç yerini tutublar.
Vətəndaşlarının ən az içki qəbul etdiyi dövlətlər isə İndoneziya (0.3 litr), Türkiyə (1.4 litr), İsrail (2.6 litr), Hindistan (3.0 litr) və Kosta Rikadır (3.8 litr).
Femida.az
Oxunub: 477
Oxşar xəbərlər
- Spirtli içkilərin təhlükəsizliyi və keyfiyyətinə dair tələblər hazırlanır
- Spirtli içkiləri gömrükdən gizlicə keçirdi - Sata bilmədi
- Spirtli içkilərin realizə edilməsinin qarşısı alınıb
- Spirtli içkidən 50 nəfər öldü - Hindistanda
- Spirtli və spirtsiz içkilərin, qazlı suların gömrük rüsumları artırıldı
- Spirtli içki əməliyyatı - Qazaxda
- Spirtli içki və siqaret satanlar DİQQƏT! - Baş nazir qərar verdi
- Spirtli içki satışı qadağan ediləcək - Türkiyədə