Büdcədən qrantlara 409 milyon ayrılacaq
12:52 11 Noyabr 2019
2020-ci ilin dövlət büdcəsində “Qrantlar və digər ödənişlər” bölməsinə 409,4 milyon manat məbləğində vəsait nəzərdə tutulub.
Bu barədə Hesablama Palatasının “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilib.
Bu məbləğ cəmi büdcə xərclərinin 1,5%-ə bərabərdir.
REKLAM
honda.az
Daha ətraflı
Bölmə üzrə vəsaitin 96,9%-i isə rezidentlərə, 3,1%-i qeyri-rezidentlərə verilən qrantlar və digər ödənişlərin payına düşür.
Qeyd edək ki, qeyri-rezidentlərə verilən qrantlar və digər ödənişlərə proqnozlaşdırılmış 12,6 milyon manat məbləğində vəsaitin 95,2%-i “Ümumi dövlət xidmətləri” bölməsindən xarici dövlətlərə verilən qrantların və digər ödənişlərin maliyyələşdirilməsi məqsədilə Maliyyə Nazirliyinə ayrılıb.
Qeyri-rezidentlərə nəzərdə tutulmuş cəmi vəsaitin 4,8%-i də həmin Nazirliyə beynəlxalq təşkilatlara qrantların verilməsi üçün “İqtisadi fəaliyyət” bölməsində nəzərdə tutulub.
Rezidentlərə qrantlar və digər ödənişlərlə bağlı vəsaitin 394,1 milyon manat Naxçıvan Muxtar Respublikasına dotasiya və yerli büdcələrə verilən dotasiya və subvensiya üzrə, 2,7 milyon manat məbləğində vəsait isə tam məbləğdə “Təhsil” bölməsində təhsil sahəsinə aid edilən digər müəssisə və tədbirlər çərçivəsində proqnozlaşdırılıb.
Femida.az
Oxunub: 532
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- Şuşanın adını daşıyan "Xarı Bülbül" komandası dağılır - Sponsor niyə tapılmır?
- "Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala bilərlər" - DİREKTOR
- Heydər Əliyevin mühafizəçisi nələri danışdı? - VİDEO
- Ermənilər əsgərimizə görün nə edib - 18+VİDEO
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Fazil Mustafa harada güllələnib? - ƏRAZİDƏN VİDEO
- Hər şey ən xırda detalına qədər görünür. Neo QLED 8K haqqında bir neçə söz
- Samsung Neo QLED 8K ilə evinizə böyük futbolu gətirin (FOTOLAR)
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM