“Media qoşulur küçə adamlarına”


22:27     20 May 2015 iradə.jpg


İradə Tuncay: “Sanki xüsusi adamlar bulanıq suda balıq tutmaq həvəsindədirlər”


Binəqədi rayonunda çoxmərtəbəli binanın yanması dövlət qurumları ilə yanaşı jurnalistlərin fəaliyyəti üçün bir sıraq idi. Geniş ictimayyəti məlumatlandıran media orqanları bu işin öhdəsindən necə gəldilər?

Femida.az xəbər verir ki, bu barədə İradə Tuncay Modern.az-a fikirlərini ifadə edib. Onun sözlərinə görə, bu cür hadisələr zamanı media bacardığı qədər dövlətə kömək etməlidir. Amma xanım jurnalist dünənki hadisə zamanı bunun əksini gördüyünü qeyd edir:

"Media bu cür hallarda həm insanların həm də dövlətin yanında olmalıdır. Bu zaman yarana biləcək yanlış informasiyaların qarşısını almaqla bunu yerinə yetirməlidir. Amma media qoşulur küçə adamlarına, dövlətə, insanlara yarım etmək əvəzinə bunun əksinə hərəkət edirlər. Mən bunu izləyirəm. Məsələn, o binada yaşayanların qohumları var, ən çox onları düzgün məlumatlandırmaq medianın borcu olmalıdır. Medianın borcu bu olmalıdır, panika yaradıb insanlarda dövlətə qıcıq yaratmaq deyil. Özəlliklə, bu cür hadisələrdə görürəm ki, sanki xüsusi adamlar bulanıq suda balıq tutmaq həvəsindədirlər. Öz kinlərini, nifrətlərini göstərmək, öz məqsədi naminə bu cür hadisələrdən istifadə etməyə çalışırlar. Media bunların qarşısını almalıdır”.

Açar sözlər:

Oxunub: 642